İran

Qadınlar İran siyasətinin harasındadılar

Yaşadığımız bu dövrdə qadınların toplumda aktiv olmaları bir ölkənin gəlişməsi anlamına gəlir. Yəni bir ölkədə nə qədər qadınlar akademidən, İş dünyasına, siyasətdən sənətə qədər aktiv olsalar o qədər ölkənin gəlişməsinə inanmaq olur. Ancaq İran kimi sünnəti toplum və ölkələrdə ciddi bir “ataərkil” kültür hakimdir. bu düzəni dəyişmək o qədər də rahat dəyir. Toplumdan silinən qadınları yenidən topluma və ölkəyə qazandırmanın birinci yolu əlbəttə ki təhsil və öyrətimdən keçir. Buna görə də qadınların yazma oxuması və ali təhsil almaları da ölkənin gəlişməsinin birinci addımı olaraq görülür. Söz qonusu İran olunca qadınlar üçün bir cəhənnəmdən söz açmaq kimi bir şeydir. Bu cümlə ilk başda radikal bir tənqid kimi görülsə də məsələyə yaxından baxınca nə qədər haqlı bir tanımlama olduğunu görmək olur. Bunu gündəm olaylar və özəlliklə də siyasət meydanında daha yaxından görmək olar.

Bir haqqın alınması və daha doğrusu qorunması üçün hər şeydən öncə bir hüquq sisteminə ehtiyac var. İranda var olan huquq sisteminə nə qədər gövənilir, bu ayrı bir mübahisə qonusudur ancaq hüquq sistemində də qadınların yeri düşündürücüdür. 1357-ci ilin inqilabından sonra İran-da İslam Cumhuriyyəti hakim oldu, bütün hüquq sistemi ona uyğun tətbiq edildi.
Cəza qanunlarına gəlincə qadınlar sırf cinsiyyətlərinə görə kişilərlə qiyasda son dərəcə haqsızığa məruz qalırlar. Bu huquq sistemi sadəcə məhkəmədə deyil, özəlliklə də, qadınların siyasət meydanına girmələrinə əngəl olur. prezident seçkiləri də bunlardan biridir. 40 ildən çoxdur İran İslam Cumhuriyyətin ömründən sovuşur ancaq tək bir qadın belə olsun prezident məqamına namizəd ola bilməyibdir.
Prezident seçkilərinə İki həftəlik bir zaman qaldı. Nigəhban Şurası hətta hakimiyyətin öz içindəki insanları belə radikal şəkildə ələdi. Seçim hardasa tamamən İbrahim Rəisinin prezident olması üçün düzənləndi. İnsanların seçkilərə qatılmasının zəyif olmasını aradan qaldırmaq üçün son dəqiqə bir süpriz olub başqa bir adayın qabağa keçirilməsi olsa belə əslində 7 namizəd arasında çox bir fərq yoxdur. Bu namizədlərin istər Üsulgəralar istərsə də İslahatçılara baxıldığı zaman qadın haqlarıyla bağlı heç bir düzgün proqram açıqlamayıblar. Hətta bu günkü dünyada bənzəri çox az olan bir şəkildə hələ də İranda qadınların icbari hicablarına israr olunur. Heç bir preziden namizədi bu məsələyi giriş etmir, qadınların geyim azadlığı belə radikal bir şəkildə əllərindən alınır.
Belə bir düzəndə qadın haqları və daha doğrusu İnsan Haqlarıyla bağlı müzakirə açmaq təkcə siyasi bir propaqandanın bir parçasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button