İran

“Dərman çatışmazlığının olacağını əvvəlcədən görürdük”

İranda dərman qıtlığı geniş vüsət alıb. Ölkənin media vasitələri bildirir ki, dərman qıtlığı ötən illə müqayisədə daha erkən vaxtlarda baş verib.

İlin ilk 3 ayında ölkə bazarında 200 çeşiddən çox dərman preparatı satışda yoxdur.

İranın İnsan Dərmanları Sənaye Sahibləri Həmkarlar İttifaqının sədri Məhəmməd Əbdəzadə isə bu barədə açıqlamasında problemin öncədən proqnozlaşdırıldığını deyib:

Dərman çatışmazlığının olacağını əvvəlcədən görürdük. Bütün orqanlar, o cümlədən Səhiyyə Nazirliyi bu barədə məlumatlı olmuşdu. Nazirlik bilirdi ki, iyun və iyul aylarında dərman çatışmazlığı artacaq“.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button