İran

ILQINA ÇAYININ RƏNGİ NİYƏ DƏYİŞİB?

Sosial şəbəkə istifadəçiləri Ilqına çayının rəng dəyişməsi ilə bağlı videolar paylaşıblar. Bununla bağlı muhitzist fəalları hadisənin mədən fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.
Xatırladaq ki, Ilqına çayının rəngi mədən tullantılarının buraxılması ilə daha öncələrdə də rəngini dəyişmişdi. İllərdir Qaradağda mis, qızıl, niflinsinet mədənlərinin qeyri-standard fəaliyyəti bir çox heyvanın ölümü ilə nəticələnib. Adı çəkilən mədənlərin tullantıları kontrol edilmədən təbiətə buraxılır.
Qeyd edək ki, Şərqi Azərbaycan ustanının əkinçilik araşdırma mərkəzinin rəisi Əhməd Baybordi Qaradağın mədən fəaliyyətləri barədə verdiyi müsahibəsində, “mədənlər məntəqənin əkinçiliyinə ölümcül zərərlər verir. Əndəriyan mədəni ətrafdakı su qaynaqlarını ciddi dərəcədə zəhərliyib”, – deyə açıqlama verib.
Onun sözlərinə görə, bu haqdakı bilgilər və azmayişlərin nəticəsi ustanın əmniyyəti məqamlarına verilib. Amma mədən məsulları bu məsələni danırlar.
Bildirək ki, Ilqınaçay Süngün mis mədəninin axarında yerləşir. Ilqınaçay Süngün çayı ilə birləşdikdən sonra Araz çayına tökülür.

Related Articles

Bir cavab yazın

Back to top button